Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək

news photo

14.12.2018 11:08 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin nəticələrini dekabrın 13-də elan edib.

Youthportal.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə müsabiqə barədə məlumat verən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib: “Müsabiqə çərçivəsində Gənclər Fonduna ümumilikdə 724 müraciət qəbul olunub. Bu müraciətlərin ilkin texniki seleksiyası zamanı 678 müraciətin Fondun müəyyən etdiyi texniki qaydalara uyğun olduğu aşkarlanıb. Bundan sonra həmin müraciətlər üzrə qərarvermə proseduru başlayıb. Fondun qəbul etdiyi qərar əsasında 237 gəncin təhsil xərclərinin ödənilməsi qərara alınıb. Ölkəmizin 58 şəhər və rayonundan olan bu gənclər 34 ali dövlət təhsil müəssisəsinin tələbələridir”.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli Fərmanına əsasən, Gənclər Fondunun Nizamnaməsinin 3.1.9-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna aid istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi məqsədilə noyabrın 2-dən 18-dək ərizələrin qəbulu həyata keçirilib. Sənədlərin qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə aparılıb. Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra səhifənin elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını doldurublar. Müraciətlərin dəyərləndirilməsi zamanı Azərbaycanın Milli qəhrəmanlarının övladlarına, I, II və III qrup əlil gənclərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladlarına, valideynlərini itirənlərə, valideyn himayəsindən məhrum olanlara və ya internat məzunlarına, I qrup əlil valideyni olan gənclərə, hər iki valideyni əlil olan gənclərə və aztəminatlı ailədən olan gənclərə üstünlük verilib. Bundan başqa, tələbələrin dərslərə davamiyyəti və təhsil göstəriciləri də əsas götürülüb.

Qeyd edək ki, 237 tələbənin siyahısı Gənclər Fondunun saytında yerləşdirilib.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi