Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondu qazandığı mükafatı Cocuq Mərcanlıda uşaqlar üçün oyun meydançasının salınmasına ayıracaqdır

news photo

03.02.2018 17:00 // Siyasət

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (UNDP) və Bahreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş “Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” King Hamad mükafatına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “2 Fevral – Gənclər Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransında bildirmişdir ki, Fond qazandığı mükafatı (25.000$) Cocuq Mərcanlıda uşaqlar üçün oyun meydançasının salınmasına ayıracaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanıda Gənclər Fondu cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Gənclər Fondunun yaradılmasında məqsəd, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda isə cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin icrasıdır.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi