Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondu “GəncLİK” proqramının üçüncü seçim mərhələsinin nəticələrini açıqlayıb

news photo

26.08.2019 19:32 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə həyata keçirildiyi “GəncLİK” proqramının seçimlərinin növbəti mərhələsi uğurla yekunlaşıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, proqrama müraciət etmiş gənclər arasından seçim meyarlarına uyğun gələn 321 nəfər növbəti mərhələ - test imtahanında iştirak imkanı qazanıb. İmtahanda minimum müəyyən olunmuş orta balı toplayan 104 gənc növbəti mərhələdə videomüraciət hazırlayaraq iştirak ediblər.

Bu mərhələnin həyata keçirilməsində əsas məqsəd namizədin maksimum iki dəqiqə ərzində “Niyə mən “GəncLİK” proqramına seçilməliyəm?” sualı ətrafında özünü sərbəst ifadə etməsinə nail olmaqdır. Altmış gəncin videomüraciəti ekspertlərin rəyinə əsasən uğurlu hesab edilib. Həmin gənclər “GəncLİK” proqramının sonuncu - müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədə müsbət rəy almış namizədlər isə proqrama qatılmaq hüququ əldə edəcəklər.

Proqram müddətində ümumi bilik və bacarıqlar, ixtisaslaşmış sahələr üzrə gənc liderlərə təlimlər keçiriləcək. Təlim proqramı yekunlaşdıqdan sonra gənc liderlər profilə uyğun olaraq dövlət qurumları, aparıcı şirkətlər və beynəlxalq təşkilatlarda təcrübə keçmək imkanı qazanacaqlar. Həmçinin məzun olacaq gənc liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi