Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondu AzMİU-nun 10 tələbəsinin təhsil xərclərini ödəyəcək

news photo

09.10.2019 13:12 // Təhsil

Azərbaycan Respublikasının Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə keçirdiyi növbəti müsabiqənin nəticələrini elan edib. Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 10 tələbəsinin təhsil xərcləri Gənclər Fondu tərəfindən ödəniləcək.

AzMİU-dan Youthportal.az-a bildirilib ki, Memarlıq fakültəsinin tələbələri Elməddin Qasımzadə, Xəyalə Salamova, Nuranə Babazadə, Fatimə Babayeva, Lalə Məmmədli, Tikinti-iqtisad fakültəsinin tələbələri Fariz Sultanlı, Fidan Əzizova, Kənan Qulamov, Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri Miramil Nuriyev və Fatimə Məmmədovanın təhsil xərclərinin Gənclər Fondu tərəfindən ödənilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə nəticəsində 237, builki müsabiqə nəticəsində isə 425 gəncin təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınıb. Bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi