Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondu “Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edir

news photo

05.03.2019 10:54 // Gənclər üçün

İnşa yazı müsabiqəsi haqqında: 2019-cu il ərzində Avropa Şurasının yaranmasının 70 illik yubileyi ilə əlaqədar olaraq Avropa Şurasına üzv dövlətlərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İnşa yazı müsabiqəsi Avropa Şurasının 70 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizdə həyata keçiriləcək bu qəbildən olan tədbirlərdən biri olaraq icrası Gənclər Fonduna həvalə edilib.

Youthportal.az xəbər verrir ki, müsabiqənin mövzusu “Gələcəyin Avropalısını təsəvvür edərkən” adlanır.

Müsabiqənin əsas məqsədi Avropa Şurasına üzv olan 47 ölkədə yaşayan 840 milyon insanı birləşdirən ümumi dəyərlər və  mədəniyyəti əks etdirən gənc nəslin gələcəyin Avropalısını necə təsəvvür etdiyinə dair fikirlərin bölüşməsidir.

Mövzu çərçivəsində Avropa Şurasının əsas missiyalarından olan insan hüquqları, demokratiya və hüququn aliliyi mövzularına da toxunulması mümkündür.

Belə ki, inşanın həcmi maksimum 1000 söz olmalıdır. Müsabiqədə iştirak etmək üçün yazılan inşanı 5-24 may tarixlərində info@ayf.az elektron poçt ünvanına göndərmək lazımdır.

14-18 yaş gənclərin iştirak edə biləcəyi müsabiqədə, İnşa azərbaycan ,rus və ingilis dillərində yazıla bilər. 

İnşa müsabiqəsinin qalibi 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaqdır. Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaqdır. İkinci və üçüncü yerin qalibləri isə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən mükafatlandırılacaqdır.

Qeyd edək ki, iştirakçıların inşaların özləri tərəfindən yazıldığına dair təsdiq məktubu yazaraq Gənclər Fondunun rəsmi elektron ünvanına inşa ilə birlikdə göndərmələri zəruridir.

Yazı qaydaları:

  • İlk səhifədə inşanın adı, inşanı yazan şəxsin adı, soyadı, oxuduğu müəssisənin adı və inşadakı söz sayı qeyd olunmalıdır;
  • Bütün inşalar elektron qaydada (Microsoft Word formatında) Fondun qeyd olunmuş elektron ünvanına (info@ayf.az) göndərilməlidir. Elektron məktubun mövzu hissəsində İnşanın adı qeyd olunmalıdır;
  • Təkrar yazılmasında şübhəli olan bütün inşalar müsabiqədən dərhal kənarlaşdırılacaqdır;
  • Münsiflər heyətinin qərarı yekundur və apellyasiyaya məruz qala bilməz;
  • İstinadlar olduğu halda son səhifədə qeyd olunmalıdır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi