Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri baş tutub (FOTO)

news photo

19.12.2018 11:13 // Gənclər üçün

17 dekabr 2018-ci il tarixində Sabunçu Gənclər Evində Avropa İttifaqının yeni proqramı-Avropa Həmrəylik Korpusunun (European Solidarity Corps (ESC)) açılış tədbiri baş tutub. 

Sabunçu Gənclər Evindən Youthportal.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Polşa Milli Agentliyinin tərkibində fəaliyyət göstərən “SALTO Eastern Europe and Caucasus” və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə keçirilib. Tədbirin məqsədi sözügedən proqrama Şərqi Avropa və Qafqaz ölkələrinin də qoşulması və Azərbaycan gəncləri üçün yaranan yeni imkanlarla tanış olmalarıdır. Tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, yerli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib.

Eyni zamanda açılış tədbirindən əvvəl 2 gün ərzində Avropa Könüllülük proqramlarında təşkilat kimi iştirak etmək üçün akkreditasiyası olan təşkilatların görüşü də keçirilib. Görüşün əsas məqsədi könüllülük mübadiləsi layihələrinin keyfiyyətin artırılması və yeni proqramın təşkilat üçün yaratdığı imkanları haqqında məlumatlandırmaqdır.

Tədbir zamanı “Erasmus+” proqramının Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) tərkibindən çıxarılması, əvəzində isə, Avropa Həmrəylik Korpusu (ESC) adlı yeni bir proqramın yaradılması qeyd olunub. Yeni proqramın təqdimatı zamanı Azərbaycan gəncləri və gənclər təşkilatları üçün yaranan imkanlardan bəhs olunub, Avropa Könüllülük Xidmətində iştirak etmiş gənclərin təcrübələri və təəssüratları dinlənilib. Həmçinin SALTO-nun Şərqi Avropa və Qafqaz ölkələri üzrə nümayəndəsi Tomasz Szopa tərəfindən proqramla bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi