Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclər dini zorakılığa qarşı” layihəsinin başlanması barədə təqdimat keçirilib (FOTO)

news photo

04.11.2016 20:00 // Cəmiyyət

Zaqatala rayonunda Akademik Zərifə Əliyeva liseyində və Balakən rayon Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Demokratik Gənclər” ictimai birliyi tərəfindən “Gənclər dini zorakılığa qarşı” layihəsinin başlanması barədə təqdimat keçirilib. Təqdimat şəhərin və region üzrə gəncələr təşkilatlarının nümayəndələri və Zaqatala rayon İcra hakimiyyətinin müavini İlqar Vəliyev, Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəis müavini və 120 nəfər yuxarı sinif şagirdləri iştirak etmişdir.

Balakən rayonunda keçirilən tədbirdə Balakən rayon İcra hakimiyyətinin ictimayyətlə əlaqələr şöbəsinin müdür müavini Fariz Nəcəfov, Gənclər İdman İdarəsinin Gənclər sektorunun nümayəndəsi və 80 nəfər rayon fəalları iştirak edirdi.

Tədbir zamanı layihənin rəhbəri Ramil Süleymanov layihənin məqsədi və layihənin icra planı barədə geniş məlumat vermişdir.

Beləki, layihənin əsas məqsədi region gəncləri arasında tolerantlıq, dini dözümlülük, radikallıq mənfi fəasadları barədə məlumatlandırmaqdır. Təlim olduqca maraqlı bir mühitdə baş tutdu. Təlim zamanı çıxış edən natiqlər dini ekstrimiz, əsas mahiyyəti, radikal dini qrumların törətdikləri fəsadlar haqqında yuxarı sinif şagirdlərini məlumatlandırdılar. Təlim qarşılıqlı sual cavab və maraqlı dialoq formatında baş tutdu. Bu təlimdə də Zaqatala və Balakən rayonları üçün, “Gənclər Dini Zorakılığa qarşı” mövzusunda Esse müsabiqəsinə start verildi. Təlim zamanı gənclər bir daha əmin oldular ki, bu gün onların vəzifəsi yaxşı oxumaq, cəmiyyətə faydalı bir şəxsiyyət olmaqdır.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi