Ru
Bakı
USD
EUR
GBP
RUB

"Gənclər arasında könüllülüyün təbliği” adlı layihə keçirilib (FOTO)

news photo

19.11.2019 12:35 // Gənclər üçün

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər ictimai birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında könüllülüyün təbliği” adlı layihəsi həyata keçirilmişdir

İctima birlikdən Youthportal.az-a bildirilib ki, layihə çərçivəsində Lənkəran şəhərində 2 qrupda toplam 4 günlük (2-3 və 9-10 noyabr tarixlərində) təlim keçirilmiş və 50 nəfər gənc bu təlimlərdə iştirak etmək hüququ qazanmışdır. Təlimlərə qatılan gənclərin əksəriyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan gənclər olmuşlar.

Təlim zaman iştirakçı gənclərə könüllülük, onun gəncin həyatında və karyerasında rolu, eləcə də cəmiyyətin inkişafında əhəmiyyəti nəzəri və praktiki olaraq nümayiş etdirilmişdir.

Qeyd edək ki, təlim sonrasında təlimlərdə iştirak edən gənclərin böyük əksəriyyəti təlimlərdən, onun təşkil olunmasından və eləcə də könüllülük mövzusunda əldə etdikləri məlumatlardan çox razı qalmış və gələcək sosial fəaliyyətlərdə bir başa maraqlı olduqlarını bildirmişlər. Sonunda iştirakçı gənclərə sertifikatlar təqdim edilmiş və bərabər xatirə şəkilləri çəkilmişdir.  

Yuxarıda qeyd edilənləri nəzərə alaraq Lənkəran şəhərində keçirilmiş olan təlimlərlə bağlı məlumatın tərəfinizdən ictimailəşdirilməsində yardımçı olmağınızı Sizdən xahiş edirik.

Məlumat üçün bildirək ki, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi 2006-ci ildə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına (Qeydiyyat tarixi: 26.05.2006,  № 1106-Q11-2127) alınmışdır  və əsas məqsədi Cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də gənclərin geniş maarifləndirilməsi məqsədilə onlara informasiya, maddi və mənəvi dəstək göstərmək, onların inkişafı üçün şərait  yaratmaq və eləcə də onların potensialından cəmiyyətin  elmi, mədəni və sosial həyatında səmərəli istifadəsini təşkil etməkdir. Təşkilat yarandığı gündən etibarən müxtəlif sosial və idman layihələrinin həyata keçirilməsinə müvəffəq olmuşdur.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi