Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyinin ilk qalibləri müəyyənləşib

news photo

07.02.2020 10:18 // İdman

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Kompleksində gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib.

Youthportal.az xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallar uğrunda mübarizə aparır.

Yarışın birinci günü oğlanlar dörd çəki dərəcəsində mübarizə aparıblar. Bütün rəqiblərinə qalib gələn Sadiq Cəlalov (55 kq), Nihad Ələsgərli (66 kq), Məhərrəm İmamverdiyev (81 kq), Ruslan Nəsirli (100 kq) Bakı birinciliyinin qalibi olublar.

Qızlar arasında isə üç çəki dərəcəsində qaliblər müəyyənləşib. Fəxri kürsünün ilk pilləsində Əsma İbrahimova (44 kq), Mələkxanım Məmmədova (52 kq) və Leyla Hüseynova (63 kq) qərarlaşıblar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi