Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gəncə-Qazax regionu üzrə yeni nəsil sahibkarlarının yetişdirilməsi məqsədilə maarifləndirici tədbirlərin təşkili” layihəsinin yekun tədbirlərini keçirilib (FOTO)

news photo

15.11.2019 11:18 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi “Gəncə-Qazax regionu üzrə yeni nəsil sahibkarlarının yetişdirilməsi məqsədilə maarifləndirici tədbirlərin təşkili” layihəsinin yekun tədbirlərini keçirib.

NAYORA-dan Youthportal.az-a bildirilib ki, Qazax, Tovuz və Ağstafa rayonlarında baş tutan layihənin icrasında başlıca məqsəd layihə iştirakçılarına, şagird və tələbələrimizə iqtisadi biliklərin artırılması və təcrübələrin inkişafı üçün yerli sahibkarların iş fəaliyyəti ilə tanış etməkdən ibarətdir.

Layihə çərçivəsində Qazax, Tovuz və Ağstafa rayonlarında 23-24-25 oktyabr tarixlərində baş tutan təlimlərdə 50-dən çox 15-35 yaş arası gənclər iştirak edib və gənc sahibkarların maarifləndirilməsi ilə bağlı mühazirələr oxunub, diskusiyalar aparılıb.

Azərbaycan Gənc Marketoloq - Reklamçılar İB-nin sədri Hafiz Əzəmmədov gənclərə uğurlar arzulayaraq, region gənclərini sahibkarlığın inkişafında və milli-mənəvi məsələlərdə fəal iştirak etməyə dəvət edib. Təlimlərin sonunda iştirakçılara təbliğat materialları paylanılıb.

 

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi