Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəncədə “Öz işini qur” layihəsi həyata keçirilib

news photo

11.03.2019 15:43 // Gənclər üçün

04 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilati dəstəyi ilə Gəncə şəhərində həyata keçirilən “Öz işini qur” layihəsinin bağlanış mərasimi keçirilib. 

Youthportal.az xəbər verir ki, ilkin mərhələdə – fevralın 22-dən 24-dək Gəncə şəhərində  layihədə iştirak edən gənclərə Azərbaycanda sahibkarlıq, bazarın araşdırılması və marketinq, biznes ideyalarının formalaşdırılması, büdcə planının hazırlanması və biznes planın yazılması qaydaları üzrə təlim keçirilib. Eyni zamanda iştirakçılara təqdimat bacarıqlarının artırılması,  biznes planların ilkin təqdimatı ilə bağlı məlumatlar verilib. Təlimin yekununda iştirakçılar komandalara bölünərək öz ideayalarını formalaşdırıblar. Bağlanış tədbirində komandaların həmin ideyalar əsasında hazırladıqları biznes planlar münsiflər heyəti tərəfindən qiymətləndirib. Seçilmiş ideyaların biznesə çevrilməsinə dəstək göstərilməsi üçün müvafiq qurumlara yönləndiriləcək.

Layihənin əsas məqsədi regionlarda gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etməklə, onların ideyalarının reallaşdırılmasına və özünəməşğulluğun inkişafına dəstək göstərməkdir.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi