Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəncədə “İradənlə qalib gəl” şüarı altında kütləvi idman tədbiri keçirilib (FOTO)

news photo

04.11.2019 18:20 // İdman

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə “İradənlə qalib gəl” şüarı altında “açıq qapı günü” adlı kütləvi idman tədbiri keçirilib.

Tədbir çərçivəsində təşkil olunan cüdo, güləş, kikboksinq, boks, taekvondo, karate, aykido, futbol və basketbol yarışlarında 1200-ə yaxın idmançı iştirak edib.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün bölgələrində uğurla icra olunur. Gəncədə də bu sahənin inkişafı, yeniyetmə və gənclərin idmana cəlb olunması, cəmiyyətdə sağlam həyat tərzinin təbliği daim diqqət mərkəzində saxlanılır. Dövlət idman siyasətinin Gəncədə uğurla həyata keçirilməsinin nəticəsidir ki, şəhər 2019-cu ildə “Avropanın İdman Şəhəri” tituluna layiq görülüb.

Tədbirdə tanınmış idman mütəxəssisləri tərəfindən ustad dərs keçirilib. Həmçinin şəhər icra hakimiyyətinin və Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə gənc istedadlı musiqiçilərin konserti olub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi