Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəncədə gənclərlə görüş (FOTO)

news photo

02.05.2018 11:24 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) icraçı direktoru Fərid Cəfərov Gəncədə gənclərlə görüşüb.

Youthportal xəbər verir ki, Gənclər Evində keçirilən görüşdə fondun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gənclər Evinin müdiri Amil Qurbanov, Gənclər Təşkilatlarının sədrləri, fəal gənclər iştirak ediblər.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov gənclər sayəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, bu gün şəhərdə gənclər infrastrukturu genişlənir, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir. Gəncədə yüzlərlə yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirilib ki, bu da gənclərin hərtərəfli inkişafına, onların dünyagörüşünün artırılmasına hesablanıb.

AZGF-nin icraçı direktoru F.Cəfərov qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondu daim gənclərə dəstək olur, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirir. Fond region gənclərini də unutmur, onlarla əməkdaşlığa xüsusi önəm verir.

Görüş zamanı Orxan Ərəbov Gənclər Fondunun gördüyü işlər haqqında ətraflı məlumat verib.

Gəncə Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Orxan Məmmədov, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə, “Gəncə Avropa Paytaxtı 2016” İctimai Birliyinin layihələr üzrə əlaqələndiricisi Şəhriyar Hacıyev, Gəncə Kitab Klubunun sədri Ülviyyə Mahmudova, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə və başqaları çıxış edərək gəncəli gənclərin uğurlarını dövlət tərəfindən onlara göstərilən hərtərəfli qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi