Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəncədə “Forum Teatr” keçirildi (FOTO)

news photo

13.03.2019 11:10 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi Milli Teatr Günündə “Art Garden Ganja” ilə birlikdə ilk dəfə  “Forum Teatr” layihəsi həyata keçirdi.

Mərkəzdən Youthportal.az-a bidirilib ki, Gəncə şəhərində iki gün keçirilən təlimlərdən sonra həvəskar aktyorlar və könüllülər tərəfindən səhnələşdirilən əsas tamaşa günü baş tutdu. Təlimlər Zanura Xəlilova tərəfindən həyata keçirildi. 

Qeyd edək ki, “Forum Teatr” ilk dəfə 1960-cı ildə Braziliyalı innovator və Teatr praktikantı Augusto Boal tərəfindən yaradılmışdır. Qısa tamaşalardan və ya improvizələrdən ibarət olan Forum Teatrda adətən sosial və cəmiyyətdə olan gündəlik problemlər səhnələşdirilir  Sonda isə aktyor və izləyicilərlə birgə problemlərin həll yolları axtarılır və müzakirə olunur.

“Art Garden Ganja”-nin təsəsçisi Murad Nəbiyevin və Mərkəzin Gəncə Regional Ofisinin  direktoru Gülnar Məmmədovanın rəhbəri olduğu bu layihənin keçirilməsində əsas  məqsəd Gəncədə gənclər arasında  teatr mədəniyyətinin təbliği və canlandırılmasıdır.

Layihə çərçivəsində davamlı olaraq hər ay gənclər tərəfindən bu cür teatr tamaşalarının  səhnələşdirilməsi planlaşdırılır.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi