Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəncə şəhərində “Fərqli fərdlər - autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib

news photo

17.04.2019 12:49 // Gənclər üçün

Beynəlxalq autizm ayı münasibətilə 13 aprel 2019-cu ildə Gəncə şəhərində “Göyərçin” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisinin təşkilatçılığı ilə “Fərqli fərdlər - autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda seminar təşkil olunmuşdur.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən seminarda Gəncə şəhərində təhsil alan psixologiya, ailə və ev təhsili fakültələrinin tələbələri, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri  iştirak etmişlər.

Seminarın spikerləri ADPU-nun Korreksiyaedici təlim kafedrasının müdiri,   dos.(p.ü.f.d) Nailə Hüseynova və kafedranın əməkdaşları Adilə Mürsəlova, Südabə İsgəndərova, Aytac İsgəndərova olmuşlar.

Spikerler seminarda autizm spektr pozulması olan uşaqların nitq xüsusiyyətləri və korreksiyası, autizimli uşaqların sosial adaptasiyası və reabilitasiyası  mövzularında çıxış etdilər. Tədbirdə iştirakçılarla mövzu ətrafında müzakirələr  və praktik işlər aparıldı.

“Göyərçin” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru Dilarə Hacıyeva və Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin rəhbəri Gülnar Məmmədova  çıxış edərək, tədbirin keçirilməsinin əhəmiyyəti, gələcəkdə bu sahədə keçirilməsi vacib olan seminarların davamlılığı barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.

Seminar iştirakçılar da tədbiri maraqla qarşılayaraq, cəmiyyətin bu mövzularda maariflənməsinin vacibliyini qeyd etdilər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi