Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanası açılıb (FOTO)

news photo

11.07.2019 09:11 // Təhsil

İyulun 10-da Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanasının açılış mərasimi olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Youthportal.az-a bildirilib ki, emalatxana mərkəzin yeni tədris planına daxil edilən 6 mühüm ixtisasın tədrisi üçün beynəlxalq standartlara cavab verən sənaye və texniki təlim avadanlıqları ilə təchiz edilib. Yeni açılan emalatxanada tələbələrin təhsil aldıqları ixtisaslar üzrə istehsalat təliminə cəlb olunması, onların avadanlıq və texnika ilə sərbəst işləmək bacarığına yiyələnməsi nəzərdə tutulub.

Açılış mərasimində iştirak edən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti, Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri xanım Simona Qatti emalatxananın maddi-texniki bazası ilə tanış olublar.

Sonra peşə təhsili müəssisələri və regionunun müxtəlif biznes dairələri, xüsusən də kiçik və orta müəssisələr arasında tərəfdaşlığı gücləndirmək məqsədi daşıyan dəyirmi masa keçirilib. Dəyirmi masada milli peşə təhsili müəssisələrinin imkanlarını gücləndirmək məqsədilə hazırlanan dövlət-özəl sektor tərəfdaşlığı üzrə çərçivə sənədinə rəy bildirilməsi üçün özəl sektora təqdim olunub.

Növbəti aylarda özəl sektorla danışıqlar davam etdirilməsi və sonrakı mərhələdə Sənaye üzrə Gəncə Regional Peşə Kompetensiya Mərkəzinin məzunları üçün biznes qurumlarda iş yerlərini təmin etmək məqsədilə ümumi mexanizmlər cədvəlinin işlənilib hazırlanması nəzərdə tutulub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi