Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəncə Dövlət Universitetində imtahan sessiyası başlayıb

news photo

08.01.2019 15:30 // Təhsil

Yanvarın 3-dən Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən Youthportal.az-a bildirilib ki, imtahanlar Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 dekabr 2018-ci il tarixli əmrinə əsasən təşkil edilib.

Əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb.

Qeyd edək ki, hər il olduğu kimi bu il də universitetdə imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi