Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilmişdir

news photo

11.05.2018 16:48 // Gənclər üçün

10  may  2018-ci  il  tarixdə Salyan şəhərində   yerləşən   Fövqəladə  Hallar  Nazirliyinin  Muğan  Regional  Mərkəzinin   əhatə  etdiyi  rayonlar   arasında  “Gənc  xilasedici  və  yanğınsöndürən”  yarışlarının  zona   birinciliyi  keçirilmişdir.   

Youthportal xəbər verir ki, zona   birinciliyində  Hacıqabul,  Sabirabad, Biləsuvar,  Şirvan,  Neftçala,  Saatlı,  İmişli   və  Salyan  rayonlarından  olmaqla  8  komanda  iştirak  edirdi.  

Yarışın  yekun  nəticələrinə  əsasən  III  yerə  İmişli,   II  yerə  Neftçala,   I  yerə  Salyan  komandası layiq   görüldü.  Zona   birinciliyində  I  yeri  tutan  Salyan  komandası “Gənc  xilasedici  və  yanğınsöndürən”  yarışları  üzrə  respublika  mərhələsinə  vəsiqə  qazanmışdır.Qalib gəlmiş komandalar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlar ilə mükafatlandırıldılar.

 

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi