Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq

news photo

24.04.2019 16:12 // Cəmiyyət

Aprelin 30-da “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq.

Youthportal.az xəbər verir ki, “Art Tover” rəsm qalereyasında təşkil ediləcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.

Sərginin kuratoru Türkan Cəfərzadədir.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.

Sərgi mayın 1-dən 18-dək ziyarətçilər üçün açıq olacaq.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi