Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc Tamaşaçılar Teatrında “Əlincə qalası” tamaşası nümayiş ediləcək

news photo

09.01.2019 08:45 // Cəmiyyət

Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı Dilsuz Mustafayevin “Əlincə qalası” xalq nağılı əsasında qələmə aldığı eyniadlı tamaşa nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirib ki, nağıl-tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimovdur. Əsərdə rəqslərin quruluşu Əməkdar artist Sənan Hüseynliyə məxsusdur. Tamaşada Xalq artisti Yasin Qarayev, Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Simuzər Ağakişiyeva, Rəzzaq Məmmədov, Qədirhüseyn İsmayılov və Rövşən Abbasov iştirak edəcək.

Azərbaycan qadınının vətənimizin qoruması yolunda qəhrəmanlığından və qeyri-adi cəsarətindən bəhs edən tamaşa yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi