Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc Tamaşaçılar teatrı yeni tamaşanın premyerasına hazırlaşır

news photo

18.03.2019 10:41 // Cəmiyyət

Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasına ictimai baxış olub.

Teatrın mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, tamaşanın premyerası martın 24-nə nəzərdə tutulub.

Oskar adlı 10 yaşlı uşağın xərçəng xəstəliyinə tutulması ağrısı və ölümlə üz-üzə duran balacanın söhbətlərindən ibarət olan əsər insanı ən ali hisslərin dərinliklərinə endirir.

Tamaşaya teatrın rejissoru, Əməkdar artist Nicat Kazımov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev və Araz Pirimov canlandırırlar.

Qeyd edək ki, bu əsərə dünyanın müxtəlif teatr səhnələrində quruluş verilib və son illər bu tamaşalar böyük maraqla qarşılanıb. Lakin bu dəfə tamaşanın yaradıcı heyəti daha orijinal yanaşma ortaya qoyub. Belə ki, mono kimi, bir aktyorun ifası üçün yazılan əsər 14 iştirakçı ilə qurulub. Tamaşanın rejissoru, həmçinin tərcümə və səhnələşdirmənin müəllifi Nicat Kazımov tamaşanın ümumi ideyasını belə şərh edib: “Bu gün xərçəng xəstəliyi ilə mübarizə, bu xəstəliyə tutulanlara mənəvi dayaq olmaq bütün sahələrin adamlarını düşündürür. Zənnimcə, Erik Emmanuel kimi böyük sənətkarın bu mövzuya müraciəti təsadüfi deyil. Məncə bu əsər hər şeydən əvvəl təsəlli verməsi ilə təsirlidir. Yəni ölüm bütün yaşlarda, hətta ən sağlam adamın da müqəddəratıdırsa... Amma balaca, saf bir uşağın xəstəliklə, ağrılarla mübarizə aparması və ondan yaşca qat-qat böyük qadının onun son günlərini rəngarəng etməyə çalışması məni sözün əsl mənasında təsirləndirmişdi. Lakin hesab etdim ki, bu ağır mövzu tamaşaçılara daha yüngül, daha dinamik, həm də sakit formada təqdim olunmalıdır. Əslində Oskarın həyatında bütöv bir insan ömrünü görə bilirik. Deməli, bu hər birimizin özümüz, ömrümüz haqqında düşünməyimiz üçün fürsətdir...”

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi