Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivallarda iştirak edəcək

news photo

26.02.2018 19:17 // Cəmiyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fevralın 27-dən martın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram tamaşalar festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Youthportal-a bildirilib ki, festival çərçivəsində teatrın kollektivi T.Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.

Teatrın kollektivi, həmçinin martın 3-dən 8-dək VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə Hindistanın Dehli və Kəlkütə şəhərlərində də qastrol səfərində olacaq. Kollektiv səfərdə “Cəza” tamaşası ilə çıxış edəcək.

Qeyd edək ki, bu il 90 illiyini qeyd etməyə hazırlaşan teatr son illər Azərbaycan teatr sənətini xaricdə ən çox təbliğ edən kollektivlər sırasındadır. Nəzərdə tutulan dünya turu da məhz Azərbaycan teatrının dünyada tanıdılması siyasətinə xidmət edir. Ötən il teatr dünyanın 14 ölkəsində keçirilmiş beynəlxalq teatr festivallarında və qarşılıqlı qastrol mübadiləsi yolu ilə müxtəlif tamaşalarla ölkəmizi uğurla təmsil edib.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi