Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc rəssamın “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılacaq

news photo

09.01.2019 15:40 // Cəmiyyət

Yanvarın 14-də görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılacaq.

Youthportal.az xəbər verir ki, sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş olunacaq.

Qeyd edək ki, Soltan Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur. Rəssam uzun illərdir ölkəmizi beynəlxalq yarışma və sərgilərdə layiqincə təmsil edərək yüksək mükafatlara layiq görülüb. Əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.

Çağdaş rəssamlığın uğurlu örnəklərindən olan rəssamın əsərləri birbaşa hansısa ideya və mövzu ilə bağlı olub həmin ideyanın açılmasına xidmət edir. Onun əsərləri üçün fəlsəfilik, məntiqilik və yüksək bədiilik xarakterikdir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi