Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc pəhləvanımız Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub

news photo

18.08.2019 11:25 // İdman

Estoniyanın paytaxtı Tallinndə keçirilən gənc güləşçilər arasında dünya çempionatında yunan-Roma pəhləvanımız Zaur Əliyev (55 kq) gümüş medal qazanıb. İdmançımız həlledici görüşdə Rusiya təmsilçisi Ənvər Allahyarova məğlub olub.

Youthportal.az xəbər verir ki, səkkizdəbir finalda Qırğızıstan idmançısı Nurməhəmməd Abdullayevə qalib gələn (8:0) güləşçimiz növbəti mərhələdə moldovalı Artium Deleanunu üstələyib - 10:0. Yarımfinalda iki il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısı Ken Matsui ilə üz-üzə gələn Z.Əliyev rəqibini məğlub etməyi bacarıb. İlk hissədə dörd xallıq fəndi uğurla icra edən Avropa çempionatının bürünc medalçısı hesabdakı üstünlüyünü sonadək qoruyub (4:0) və dünya çempionatının finalına yüksəlib.

Qeyd edək ki, avqustun 17-də - yarışın altıncı günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri finalda mübarizə aparıblar.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi