Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc musiqiçilər Qara Qarayevin ev-muzeyində olub (FOTO)

news photo

21.12.2018 15:03 // Təhsil

G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin “Üzeyir davamçıları” məktəblilərin musiqi klubu və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin məktəbliləri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ev-muzeyində qonaq olublar.

Mədəniyyət Nazirliyindən Youthportal.az-a bildirilib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova məktəbliləri salamlayaraq muzey və Qara Qarayev haqqında onlara geniş məlumat verib.

Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının tələbə kvartetinin ifasında Qara Qarayev musiqisinin sədaları altında məktəblilər muzey eksponatları ilə tanış olublar. Sonra məktəbin şagirdləri tərəfindən Qara Qarayev əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Sonda G.Şaroyev 35 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev belə tədbirlərin şagirdlər üçün vacibliyini qeyd bildirib və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyinə təşəkkür edib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi