Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc müəllimlərin yay məktəbinə start verilib

news photo

23.07.2019 12:00 // Təhsil

Şəki şəhərində keçiriləcək Azərbaycan gənc müəllimlərinin yay məktəbi layihəsinə start verilib. 

Təhsil Nazirliyindən Youthportal.az-a bildirilib ki, yay məktəbi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunub.

Yay məktəbinə 30-ə yaxın müəllim qatılacaq. Onlara pedaqoji mövzular üzrə təlimlər keçiriləcək, həmçinin müəllimlər üçün komanda oyunları təşkil olunacaq. Yay məktəbi çərçivəsində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi edəcəklər.

Dörd gün davam edəcək təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

Yay məktəbi iyulun 26-dək davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi