Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi başlayır (FOTO)

news photo

11.02.2019 12:10 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçiriləcək.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək. Fevralın 14-də ümumtəhsil müəssisələrində təşkil olunacaq məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsində (22 fevral) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Fevralın 28-də keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Gənc kimyaçıların yaradıcılıq müsabiqəsində hər komanda 3 nəfərdən (IX sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) ibarət olacaq. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, I və II mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, iki məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, bir təcrübə işini yerinə yetirməlidirlər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Qaliblər ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Qəbul imtahanlarının vaxtı dəyişdi

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi