Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənc kimya mühəndisləri” adlı bilik yarışı keçirilmişdir

news photo

23.01.2019 15:22 // Gənclər üçün

Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc kimya mühəndisləri” adlı bilik yarışı keçirilmişdir.

Youthportal.az xəbər verir ki, layihə rəhbəri Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbəsi Gülşən İsmayılova layihənin Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olduğunu qeyd etmişdir.

O bildirmişdir ki, yarışmanın keçirilmısində əsas məqsəd gənclərin elmə və texniki sahələrə təşviq edilməsidir. O həmçinin qeyd etmişdir ki, yarış çərçivəsində iştirakçılar  mühəndisliyin əsasları, müasir kimya mühəndisliyi, emal prosedurları, dünyada bu sahə üzrə yeni trendlər haqqında olan suallar və məsələlər üzrə mübarizə aparmışlar.Layihə rəhbəri bildirmişdir ki, tıdbirdən öncə yarışma haqqında elanlar müxtəlif sosial şəbəkələrdə paylanılmış, posterlər ali məktəblərin və onların  Tələbə Gənclər Təşkilatlarının köməyi ilə elan lövhələrində yerləşdirilmiş və bu sahə üzrə təhsil alan tələbələr arasında geniş marağa səbəb olmuşdur. Böyük marağı nəzərə alaraq elektron qeydiyyatdan keçmiş 150-yə yaxın tələbə və gənc mühəndisdən  100 nəfəri seçilərək yarışa dəvət edilmişdir. 

Yarışma özü 2 mərhələdə keçirilmişdir. İlk mərhələdə iştirakçılara açıq tipli 10 sual, ikinci mərhələdə isə test tipli 20 sual təqdim edilmişdir. Suallar gənc kimya mühəndisləri tərəfindən hazırlanmış və yarışın yekununda münsiflər heyəti tərəfindən hər cavab kartı 2 dəfə olmaqla yoxlanılmışdır. Beləliklə şəffaflıq təmin edilmişdir.Yarışmada öz biliyini yüksək səviyyədə nümayiş etdirmiş gənclər 1-ci,2-ci və 3-cü yer üzrə diplom və dəyərli hədiyyələrlə mükafatlandırılmışlar.Bundan başqa yaxşı nəticə göstərmiş sonrakı 20 nəfərə sertifikat və həvəsləndirici hədiyyələr verilmişdir. Sonda qaliblərlə xatirə fotosu çəklmişdir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi