Ru
Bakı
USD
EUR
GBP
RUB

"Gənc jurnalistlər" Klubunda təlimlər başlayıb

news photo

23.10.2017 16:36 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə təsis etdikləri “Gənc jurnalistlər” Klubunda təlimlərə başlanılıb.

Fondun Mətbuat xidmətindən Youthportal. az -a verilən məlumata görə, “Jurnalist peşəkarlığının artırılması” adlı təlimlər həftədə bir dəfə Bilik Fondunda keçirilir. Fondun İnformasiya təminatı sektorunun hazırladığı proqram əsasında aparılan təlimlərə mətbuat katibi Ceyhun Musaoğlu rəhbərlik edir.

Oktyabrın 14-dən başlayan və 3 ay müddətində nəzərdə tutulan təlimlərdə Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları haqqında geniş məlumat verilib, xəbərin toplanması, emalı və yayılması prosesi ətraflı izah olunub. Praktik nümunələr əsasında keçirilən təlimlərdə gələcəyin jurnalistləri peşə vərdişlərinə daha dərindən yiyələnəcəklər.

Tələbə jurnalistlər növbəti təlimlərdə verilmiş mövzular, faktlar əsasında xəbərlər yazacaq və onları təhlil edəcəklər, müsahibənin janrları, tipologiyası, metodları barədə bilgilər alacaq, ictimai nüfuza malik şəxslərdən götürdükləri müsahibələri yayıma hazırlayacaqlar. Klub üzvlərinin aldıqları maraqlı müsahibələr ölkə mətbuatında dərc olunacaq.

Proqrama əsasən, Klub üzvlərinin tanınmış jurnalistlərlə görüşləri, bölgələrə səfərləri, müxtəlif redaksiyalarda praktik dərsləri planlaşdırılır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi