Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənc Heydərçilər” Xaçmaz şəhərinin qonağı olub

news photo

10.07.2018 09:35 // Gənclər üçün

Quba rayonunda “Gənc Heydərçilər” yay düşərgəsinin iştirakçıları iyulun 9-da Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar.

Youthportal.az xəbər verir ki, düşərgə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində layihə iştirakçılarına Ulu Öndərin mənalı ömür yolu, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib.

Açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ilə yaxından tanış olan layihə iştirakçıları daha sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində olublar. Onların diqqətinə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxsaylı eksponatlar var. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.

Düşərgə iştirakçıları, həmçinin Xaçmaz şəhərindəki parkları gəzib, xatirə şəkilləri çəkdiriblər.

“Gənc Heydərçilər” yay düşərgəsi Quba rayonunda iyulun 15-dək davam edəcək.

AZƏRTAC

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi