Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc həndbolçularımız Avropa Gənclər Yay Olimpiya Festivalına ciddi hazırlaşırlar

news photo

22.05.2019 18:00 // İdman

İyulun 21-də start veriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı böyük həyəcan və səbirsizliklə gözlənilir. Yarışın proqramına daxil edilən idman növlərindən biri də həndboldur. Azərbaycan bu idman növü üzrə həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq.

Youthportal.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, hər iki komandamız festivala ciddi hazırlaşır. Funksional və taktiki hazırlığın yüksək nöqtəsinə çatmağı hədəfləyən həndbolçularımız proqrama uyğun olaraq ölkədaxili və xarici təlim-məşq toplanışları, həmçinin müxtəlif turnirlərdə qüvvələrini sınayırlar ki, bu da təcrübə baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd olunub ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-dən 28-dək Bakıda keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi