Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc güləşçilərimiz Tehranda beynəlxalq turnirdə mübarizəyə başlayıblar

news photo

27.11.2017 17:33 // İdman

Bu gün Tehranda gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə “Şəhidlər kuboku” beynəlxalq turniri start götürüb.

Youthportal. az xəbər verir ki, dekabrın 2-dək davam edəcək komanda xarakterli turnirdə gənclərdən ibarət ölkə yığma komandamızın üzvləri də iştirak edəcəklər.

Yarışlar Dünya Güləş Birliyinin qəbul etdiyi yeni çəki dərəcələri ilə keçirilir.

İlk iki yarış günündə yunan-Roma güləşi yarışlarında məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Həsən Məmmədli (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvü Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov (82 kq), Arif Niftullayev (87 kq), Tehran Əminzadə (97 kq) və Cavid Feyziyev (130 kq) mübarizə aparacaqlar.

Sərbəst güləş yarışları isə dekabrın 1-2-də baş tutacaq. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Əsgər Məmmədəliyev (57 kq), İntiqam Vəlizadə (61 kq), Mahal Novruzov (65 kq), Davud İbrahimov (70 kq), Qurban Qurbanov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Cavid Sadıqov (97 kq) və Umar İsrailov (125 kq) güləşəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi