Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin növbəti mərhələsində 798 şagird iştirak edib

news photo

16.04.2019 11:17 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, müsabiqənin rayon mərhələsində 266 ümumtəhsil müəssisəsindən 798 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Müsabiqənin aprelin 29-da keçiriləcək final mərhələsinə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq. Müsabiqənin III mərhələsində 30 test sualı və 2 məsələ ilə yanaşı, komandalar 1 təcrübə işi də yerinə yetirəcəklər. Müsabiqənin nəticələrinə görə, ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin fizika fənninə marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir. Müsabiqə IX, X, XI sinif şagirdləri arasında keçirilir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Küləkli hava şəraiti davam edəcək

Atəşkəs rejimi 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi