Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənc əsgər” hərbi hazırlıq layihəsi (FOTO)

news photo

18.02.2019 11:42 // Cəmiyyət

Sabunçu Gənclər Evində “Gənc əsgər” hərbi hazırlıq layihəsinin  təqdimat mərasimi keçirilib. Qeyd edək ki, layihə “Legion” hərbi  vətənpərvərlər klubu ilə əməkdaşlıq çərçivəsində Sabunçu Gənclər  Evinin təşkilatçılığı ilə keçirilir. Tədbirdə millət vəkili Fazil Mustafa,  təşkilatçı qurumların rəhbər heyəti, Türkiyə-Azərbaycan  Araşdırmalar Mərkəzinin rəhbəri professor Telman Nüsrətoğlu,  ehtiyatda olan polkovnik Zahid Teymurov, dünya çempionu  Eldəniz Əzizli, aprel qazisi zabit Əhliyət Mehtiyev və 100-ə yaxın  gənc iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və 17 fevral  Qaradağlı faciəsinin şəhidləri üçün 1 dəqiqəlik sükutla başladı.  

Sabunçu Gənclər Evindən Youthportal.az-a bildiirlib ki, tədbir, rəsmi çıxışlardan sonra “Gənc Əsgər” layihəsinin təqdimatı  ilə davam etdi. Təqdimatda layihənin təsviri haqqında ətraflı  məlumat verildi.

Belə ki, layihənin proqramı 2 aylıq bir zaman kəsiyini əhatə  etməklə, müxtəlif fiziki, intellektual, psixoloji, ideoloji təlim və    seminarlardan, hərbi hissələrə, muzeylərə və sərgilərə ekskursiya,  hərbi və intellektual yarışlardan ibarətdir. Seçilmiş 25 iştirakçı 2 ay  müddətində proqram əsasında fəaliyyətlərə cəlb olunacaq.

Daha sonra layihədə iştirak etmək istəyən gənclər müraciət etdi.  

Qeyd edək ki, iştirak etmək istəyən gənclər Sabunçu Gənclər Evi  səhifəsində onlayn qeydiyyatdan keçə bilər. Müraciət nəticəsində  müsahibəylə 25 nəfər gənc seçiləcək və “Gənc Əsgər” hərbi  hazırlıq layihəsinin iştirakçısı olacaqlar.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi