Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc debatçılar “ Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsinin finalına hazırlaşırlar (FOTO)

news photo

25.05.2018 12:12 // Gənclər üçün

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi çərçivəsində fəaliyyət davam edir. Paytaxt və regionlarda təhsil alan gənc debatçılar Forumun final mərhələsinə hazırlaşırlar. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və DVC-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Youthportal.az xəbər verir ki, ümumilikdə 1000-dən çox gənci əhatə edən “Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi çərçivəsində debat təlimləri başa çatıb. Təlimləri uğurla başa vurmuş gənclər daxili turnirlərə qoşulublar. Belə ki, Bakı şəhərində 19 ali təhsil müəssisəsini əhatə edən Forum çərçivəsində daxili debat turnirləri yekunlaşıb. Turnirlərdə “Liberal prinsiplərin dövlət idarəetməsində rolu” mövzusu ətrafında müzakirələrdə hakimləri inandıra bilmiş debatçılar “Bakı Gənclər Debat Forumu: Yaz 2018”-ə vəsiqə qazanıblar. Qeyd edək ki, “Bakı Gənclər Debat Forumu: Yaz 2018”də Azərbaycan bölməsi üzrə 38 komanda, Rus bölməsi üzrə isə 16 komanda iştirak edəcək. “Bakı Gənclər Debat Forumu: Yaz 2018”in qrup və play-off oyunlarının 26-27 may tarixində, Azərbaycan Universitetində keçirilməsi nəzərdə tutulub.

“Respublika Gənclər Debat Forumu: Yaz 2018” layihəsi çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan gənclər də aktiv debat fəaliyyəti göstərir. Belə ki, layihənin regional istiqamətləri üzrə Regional Debat Forumları həyata keçirilib. Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran, Biləsuvar və Şirvanda keçirilmiş forumlarda gənc debatçılar öz natiqlik bacarıqlarını inkişaf etdirib, geniş auditoriyalar qarşısında debatlar aparıb, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd ediblər.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamına əsasən, gənc debatçılar “Dövlət idarəçiliyi” mövzusunda araşdırmalar aparılmış, debatlar təşkil edilmişdir.

Məlumat üçün bildirək ki, Respublika Gənclər Debat Forumu (bundan sonra – RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır.

RGDF keçirilməsinin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Hazırda 11 Regional Debat Mərkəzi və paytaxtda 15 ali təhsil müəssisəndə Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd edir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi