Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

news photo

09.02.2020 10:03 // İdman

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Bakını və respublikanın müxtəlif bölgələrini təmsil edən 48 komandanın qatıldığı yarışda 147 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Youthportal.az xəbər verir ki, altı gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar müəyyənləşib. Nicat Hüseynov (49 kq, “Təhsil” RİM), Ruslan Qədirov (52 kq, “Abşeron” İK), Əli İsgəndərov (56 kq, “Neftçi” İK), İlqar Salahov (60 kq, “Qəbələ” İK), Elmir Novruzov (64 kq, “Təhsil” RİM, DİN İK), İsa Novruzlu (69 kq, ROİL), Eldar Babayev (75 kq, “Təhsil” RİM, DİN İK), Murad Allahverdiyev (81 kq, DİN İK), Əsəd Baxışov (91 kq, “Təhsil” RİM, DİN İK), Əhməd Əhmədov (90 kiloqramdan yuxarı, MOİK) birinciliyin qalibi olublar.

Komanda hesabında turnirin qalibi adını “Təhsil” Respublika İdman Mərkəzi qazanıb. İkinci pillədə Daxili İşlər Nazirliyinin İdman Klubu qərarlaşıb. İlk üçlüyü “Neftçi” İdman Klubu tamamlayıb.

Daxili İşlər Nazirliyinin İdman Klubunun üzvü, 81 kiloqram çəki dərəcəsində çempion olan Murad Allahverdiyev birinciliyin ən texnikalı boksçusu elan olunub. Fikrət Hacıyev isə ən yaxşı hakim nominasiyasında mükafatlandırılıb.

 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi