Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənc bioloqların qış məktəbi keçiriləcək

news photo

04.01.2019 14:07 // Gənclər üçün

Bu ilin fevralında Bakıda biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün “Gənc bioloqların qış məktəbi–2019” keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Youthportal.az-a bildiriblər ki, tədbir AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Bir həftə davam edəcək qış məktəbində gənc bioloqlar müxtəlif formatlı elmi disputlar aparacaq, biologiya və tibb elmlərinin mütərəqqi prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər. Bundan əlavə, bölməyə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatların, eləcə də həmin təşkilatlarda fəaliyyət göstərən beynəlxalq qruplar ilə müştərək yerinə yetirilən araşdırmaların nəticələri müzakirə ediləcək.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi