Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənc Bələdçi” adlı layihəyə start verilib

news photo

25.12.2016 20:00 // Cəmiyyət

Azəri Gənclər Alyansı İB təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Bələdçi”adlı layihəyə start verilib. Layihə çərçivəsində, Bakı və Sumqayıt şəhərlərində 70 nəfər fəal gəncə bələdçiliklə bağlı interaktiv və informativ təlimlər keçiriləcək. Azəri Gənclər Alyansı tərəfindən həyata keçirilən bələdçilik təlimləri Bakı şəhərində dekabrın 16-dan etibarən 3 gün ərzində 35 nəfər gəncin iştirakı ilə Caspian Biznez Mərkəzində baş tutacaq.

Birliyin sədri L.Məmmədli,“Gənc Bələdçi” təlimlərini açıq elan etdikdən sonra iştirakçılara layihənin məqsədi – turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər verilməsi, yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması,multikural dəyərlər və digər məqamlarla bağlı məlumat verdi. Daha sonra isə AzGF-nun nümayəndəsi Bənövşə Qasımova Fondun fəalliyyəti haqqında və gənclərin fərdi layihələrə müraciət etmələri üçün geniş məlumat verdi. AR-nın Mədəniyyət və Turizm nazirliyinin təlimçisi, bələdçi hazırlığı üzrə milli koordinatoru Səkinə Əsgərova və Azərbaycan Turizm Menecment universitetinin nümayəndəsi, ekspert Flora Ələsgərova bələdçilik və Azərbaycanda turizmin inkişafı ilə bağlı çıxış deyərək turizm sahəsində bələdçi çatışmazlığının aradan qaldırılmasına yardımçı olacaq təlimi açıq elan etdilər və daha sonra gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.

Layihə çərçivəsində qarşıya qoyulan əsas məqsədlərdən biri də gənclərimizə peşəkar bələdçi olaraq multikultural dəyərlərin aşılanması və tolerantlıq barəsində biliklərə yiyələnməsi idi. Məlumat üçün bildiririk ki, Gənc Bələdçi layihəsi 3 ay ərzində davam edəcək və 70 nəfər gəncin iştirakı ilə xüsusi təcrübə turları da təşkil olunacaqdır. Bundan əlavə, Azəri Gənclər Alyansı İB gənc bələdçilərdən ibarət şəbəkə yaradaraq, 2017-ci ildə baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarında peşəkar gənc bələdçilər vasitəsilə Azərbaycanın tanıdılması və təbliğinə tövhə verəcək.

Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılacaq. Qeyd edək ki, layihə çərçivəsində Sumqayıt şəhərində də gənclərə bələdçiliklə bağlı təlimlər keçiriləcək.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi