Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənc Aqronomlar Məktəbi” layihəsinin ilk mərhələsi uğurla başa çatıb

news photo

18.03.2019 15:37 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə keçirilən “Gənc Aqronomlar Məktəbi” layihəsinin ilkin mərhələsi uğurla başa çatıb. 

Youthortal.az xəbər verir ki, layihənin sonuncu günündə “Aqrar təhsilin təbliği modeli” mövzusu müzakirə olunub. Layihə iştirakçıları aqrar sahənin və aqrar təhsilin inkişafında beynəlxalq təcrübə, Azərbaycanda kənd təsərrüfatının inkişafının müasir vəziyyəti, qarşıda duran vəzifələr, prioritet istiqamətlər barədə müzakirələr aparıblar. 

Təlimdən sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub. İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən, aqrar sahədə yenilikçi yanaşma, intensiv metodlara keçid üçün təklif olunan fikirləri özündə cəmləşdirən “Gənc Aqronomlar Məktəbi” layihəsini çox yüksək qiymətləndirilib. Qeyd edək ki, müsahibə mərhələsindən keçərək “uğurlu iştirakçı” statusu qazanmış 40 gənc 4 gün müddətində müxtəlif mövzulu təlimlərə cəlb edilib. 

Layihənin növbəti mərhələsi çərçivəsində layihə iştirakçıları Göygöl rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya edəcəklər.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi