Ru
Bakı
USD
EUR
GBP
RUB

Gəmiçilik növbəti Təqaüd Proqramını elan edir

news photo

22.02.2017 18:32 // Təhsil

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Azərbaycan Dövlət Dəniz Akademiyası”nın daha iki tələbəsinin xarici ölkədə təhsil almasını maliyyələşdirəcək.

QSC-dən verilən məlumata görə, bu məqsədlə 2017-ci il üzrə Təqaüd Proqramı elan olunub. Müraciət üçün IV kurs tələbəsi və ya məzun olmaq şərtdir.

Aşağıdakı sənədlər tələb olunur:

Dil sertifikatı

Şəxsiyyət vəsiqəsi

Diplom və qiymət cədvəli (transcript)

Diplomunu hələ almayanlar üçün qiymət cədvəli ilə birlikdə ADDA-nın məzunu olması barədə arayış

İki tövsiyə məktubu

Hərbi bilet və ya hərbi möhlət hüququ haqqında sənəd

Sağlamlıq haqqında arayış

Bununla yanaşı, ərizəçilər seçilmiş ali təhsil müəssisəsində tələb edilən xarici dili bilməli, oxuduğu müddətdə orta təhsil balı 80-dən yuxarı olmalı, təhsilini bitirdikdən sonra beş il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işləməlidirlər. Arzu edənlər 2017-ci il martın 17-dək müraciət edə bilərlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi gənclər siyasətinə, o cümlədən yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanmasına, işə qəbul olunanların bilik və bacarıqlarına, Dəniz Akademiyasının maddi-texniki və kadr bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Gənclərin dənizçilik sahəsində qabaqcıl beynəlxalq təcrübəyə daha dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. İstedadlı və perspektivli gənclərin xarici dövlətlərin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədilə Təqaüd Proqramının təsis edilməsi də bu addımlardan biridir. Xatırladaq ki, sözügedən Təqaüd Proqramı iki ildir həyata keçirilir. Artıq Azərbaycan Dövlət Dəniz Akademiyasının dörd tələbəsi Gəmiçiliyin vəsaiti hesabına xarici ölkədə oxuyur.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi