Ru
Bakı
USD
EUR
GBP
RUB

Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq

news photo

09.12.2019 12:59 // Təhsil

2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul artıq yeni təsnifat əsasında aparılacaq.

Youthportal.az xəbər verir ki, bunu “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, müasir dünyada peşələr və ixtisaslar çox sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan bir yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir: "2019-u ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyirlər".

C.Bayramov əlavə edib ki, yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların kifayət qədər çoxu - 70 faizi qısa müddətdə əmək bazarına daxil olurlar:

"Dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir. Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılması vacibdir ki, onlar gələcəkdə iş axtaran deyil, iş yeri yaradan insanlar olsun. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidirlər".

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi