Ru
Bakı
USD
EUR
GBP
RUB

Gələn il “Eurovision” mahnı müsabiqəsində Avstriyanı Filippin əsilli müğənni təmsil edəcək

news photo

12.12.2019 17:47 // Cəmiyyət

Filippin əsilli Vinsent Bueno adlı müğənni 65-ci “Eurovision-2020” mahnı müsabiqəsində Avstriyanı təmsil edəcək.

Youthportal.az xəbər verir ki, bu barədə xəbəri Avstriya Teleradiosu (ORF) yayıb. Teleradio ötən illərdə olduğu kimi, bu il də müsabiqə təşkil etmədən ölkə üzrə təmsilçini müəyyən edib.

34 yaşlı müğənni 2008-ci ildə “Musical! Die Show“ müsabiqəsini qazandıqdan sonra musiqiçi kimi tanınıb. Teatr və müzikl tamaşalarında müxtəlif rolları ilə sevilən V. Bueno musiqi yarışmasına “Alive“ mahnısı ilə yollanacaq.

Qeyd edək ki, iştirakçı ölkələr öz namizədlərini martın ortalarına kimi müəyyən etməlidirlər. Avstriyada iştirakçının geniş tamaşaçı kütləsi tərəfindən deyil, telekanalın jürisi tərəfindən seçilməsi ölkədə bu müsabiqəyə olan medial marağın aşağı olduğunu göstərir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi