Ru
Bakı
USD
EUR
GBP
RUB

Gələn il AMEA 75 yaşını qeyd edəcək

news photo

18.07.2019 15:16 // Təhsil

2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 75 illik yubileyi keçiriləcək.

Youthportal.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın 75 illik yubileyinə həsr olunmuş Tədbirlər planı” müzakirə edilib.

Bildirilib ki, 2020-ci il martın 27-də AMEA-nın yaradılmasının 75 ili tamam olacaq. Akademiyanın 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə yubileylə bağlı tədbirlər planının hazırlanması üçün Rəyasət Heyətinə təkliflər verilib və geniş müzakirə olunaraq planı tərtib edilib.İclasda məsələ ilə bağlı müzakirədən sonra tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı zəruri elmi, elmi-təşkilati və digər tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi