Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gələcəyini qur!” gəncliyə dəstək layihəsinə başlanılıb

news photo

25.04.2018 12:14 // Gənclər üçün

“Gələcəyini qur” gəncliyə dəstək layihəsi üzrə paytaxtın ümumtəhsil müəssisələrində seçimlərə başlanılıb. Beşinci ildir ki, keçirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin müvafiq ixtisas istiqamətləri üzrə qəbul imtahanlarına əlavə hazırlığını təmin etmək, hərtərəfli fərdi inkişaf istiqamətində onlara dəstək vermək və bununla da Azərbaycan cəmiyyətinə yüksək intellektə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxumaq həvəsi, bilik və potensialı kimi meyarlar əsasında həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal- a bildiriblər ki, apreldən başlanılan layihənin Binəqədi, Xətai, Sabunçu, Suraxanı və Qaradağ rayonlarında və paytaxtdan kənarda yerləşən beş regionda keçirilməsi nəzərdə tutulur.

Layihəyə seçim beş mərhələdən – ərizə formalarının qiymətləndirilməsi, namizədlərin ixtisas fənləri üzrə ümumi bilik səviyyəsinin ölçülməsi üçün sınaq imtahanı, namizədlərin müsahibə yolu ilə dəyərləndirilməsi, biraylıq sınaq dərsləri və sınaq imtahanı, namizədlərin ailələri ilə tanışlıqdır.

Layihə Təhsil Nazirliyi və BŞTİ-nin dəstəyi, korporativ sosial məsuliyyət (KSM) siyasəti çərçivəsində “İTECA Caspian”, BP və tərəfdaşları, “EY Azərbaycan”, Baker Tilly Azərbaycan, “Kainat” Tədris Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Caspian Event Organisers” şirkətlərinin sponsorluğu ilə həyata keçirilir. Layihənin tərəfdaşları “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetidir.

Ötən il 130 şagird layihənin iştirakçısı adını qazanıb. Ümumilikdə, indiyədək 300-dək gənc layihədən faydalanıb. Gənclərin əksəriyyəti hazırda müxtəlif ali təhsil müəssisələrində ödənişsiz əsaslarla təhsil alır.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi