Ru
Bakı
USD
EUR
GBP
RUB

"Gələcəyin uğur bələdçiləri" adlı ikimərhələli layihə həyata keçirilmişdir (FOTO)

news photo

12.12.2019 11:39 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Yeni Yol" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə  "Gələcəyin uğur bələdçiləri" adlı 2-3 dekabr və 7-8 dekabr tarixlərində iki mərhələdən ibarət layihə həyata keçirilmişdir. 

İctimai Birlikdən Youthportal.az-a bildiirlib ki, 2-3 dekabr tarixlərində "Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gələcəyin uğur bələdçiləri” layihəsinin birinci mərhələsində  Bakı Türk Dəyanət Vəqfi liseyinin 9 və 10-cu sinif şagirdlərinə "şəxsi inkişaf", "karyera planlaması necə aparılmalıdır", "düzgün ixtisas seçimi" və s. mövzularda təlimlər keçirildi. 

Layihənin ikinci mərhələsində 7-8 dekabr tarixlərində Şəki rayonunda layihə iştirakçıları üçün qış məktəbi təşkil olundu. Düşərgənin əsas məqsədi iştirakçıların layihənin ilk mərhələsi-təlim mərhələsində müxtəlif mövzular üzrə əldə etdikləri biliklərin praktikada tətbiq olunmasından ibarət idi.  Düşərgə zamanı müxtəlif,  əyləncəli və intellektual oyunlar təşkil olundu, qalib komandalar mükafatlandırıldı.  Düşərgə kifayət qədər əyləncəli və maraqlı anlarla yadda qaldı.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi