Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gələcəyə Körpü” GİB-in icra etdiyi beynəlxalq layihə davam edir (FOTO)

news photo

13.06.2019 10:40 // Gənclər üçün

10-18 iyun 2019-cu il tarixlərində Bakı şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Avropa Komissiyasının Erasmus+  (Key Action 2 – Açar Fəaliyyət 2) çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində  təhsil və icma inkişafı  üzrə gənc resurs mərkəzi” adlı layihəsinin 3-cü fəaliyyəti - beynəlxalq təlim kursu həyata keçiriləcək.           

Layihənin əsas məqsədi ölkənin Gəncə-Qazax regionunda  yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır.

Təlim kursunda Azərbaycan, Litva, Bolqarıstan, İsveç, Makedoniya, Niderland Krallığı, Gürcüstan, Ukrayna, Moldova və Belarusiyadan olan ümumilikdə 24 nəfər nümayəndə iştirak edəcək. Təlim kursu gənclər üçün sahibkarlıq təhsili layihələrinin necə qurulacağı, sahibkarlıq təhsili və təlim üçün praktiki bacarıqların əldə edilməsi və s. mövzuları əhatə edəcək.

Təlim müddətində təşkil olunacaq Bakı və Abşeron turu müddətində Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan dövlətinin mədəniyyəti, adət və ənənəsi haqqında məlumatlandırılacaq və ölkəmiz ilə daha yaxından tanış olacaqlar.

Qeyd edək ki, Birlik Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində beynəlxalq layihələrdə həm göndərən, həm də qəbul edən təşkilat olaraq uzun müddətdir ki, fəaliyyət göstərir. 

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi