Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirdi (FOTO)

news photo

24.04.2019 11:19 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü Azərbaycan Dillər Universiteti tələbələri ilə keçirib.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, "Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

“Gələcək üçün” ümumrespublika marafonu Azərbaycan Dillər Universitetinin iki tədris binasında keçirilib.

Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə marafon işitrakçılarının salamlayaraq bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir. Daha sonra “İnsan Mühəndisliyi” proqramı çərçivəsində “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” və “İnsan kapitalı” mövzusunda təlim keçmişdir.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək. "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi