Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş (FOTO)

news photo

06.05.2019 11:01 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən reallaşdırılan “Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş Bakı Mühəndislik Universiteti, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə keçirilib.

GTM-dən Youthportal.az-a bildiriblər ki, marafonun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.

Mərkəzin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, rəhbəri olduğu marafonun məqsədlərindən biri də idarəetmə sisteminin modernləşərək vətəndaşyönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasından ibarətdir.

Sonra tədbirin təşkilatçılarından olan Sənaye Mühəndislik Klubunun sədri Hümmət Abdullazadə diqqətə çatdırıb ki, tələbələrin özünü inkişaf etdirməsi və fərdi təşəbbüsləri bütün ali məktəblər tərəfindən dəstəklənməlidir.

“Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğur nümunələri, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi