Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gəl, ey səhər” tələbə mahnı müsabiqəsi keçirilib

news photo

09.01.2019 13:26 // Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Gəl, ey səhər” tələbə mahnı müsabiqəsi keçirilib.

Youthportal.az ATGTİ-nin saytına istinadla xəbər verir ki, layihənin məqsədi bacarıqlı tələbələrin istedadının üzə çıxarılmasıdır.

Layihənin Dövlət Gömrük Komitəsinin Akademiyasında, Azərbaycan Dillər, Azərbaycan Tibb, Bakı Avrasiya universitetlərində, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən seçim turu nəticəsində 18 tələbə final mərhələsində iştirak hüququ qazanıb.

Müsabiqənin final mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. Çıxışların münsiflər heyəti tərəfindən obyektiv qiymətləndirilməsi nəticəsində Minayə Hüseynova qalib adını qazanıb.

“Gəl, ey səhər” tələbə mahnı müsabiqəsinin iştirakçıları mükafatlandırılıblar.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi