Ru
Bakı
USD
EUR
GBP
RUB

Galaxy S10 və əyilə bilən Galaxy F haqqında yeni məlumatlar sızdırıldı

news photo

22.11.2018 17:21 // High-tech

SamMobile adlı mənbə Galaxy S10 seriyası və əyilə bilən Galaxy F (şərti ad) modeli barəsində yeni məlumatları verib.

Youthportal.az Technote-a istinadən xəbər verir ki, mənbənin verdiyi məlumata əsasən yeni Galaxy S seriyası 3 variantda təqdim olunacaq və onlardan yalnız ikisi ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq.

Belə ki, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə 5.8 inç ekrana sahib Galaxy S10 (SM-G973xmodel nömrəli) və 6.44 inç ekrana sahib Galaxy S10+ modeli (SM-G975x model nömrəli) təchiz olunacaq.

Büdcəli Galaxy S10 Lite modelində isə barmaq izi skanı texnologiyası cihazın kənar hissəsində yerləşəcək. Bununla yanaşı Lite versiya yalnız adi OLED ekrana sahib olacaq. Yerdə qalan iki model isə əyilmiş Infinityekranla təchiz olunacaq. Hər 3 smartfon modeli qara, ağ, yaşıl və sarı rənglərdə satışa çıxacaq. Bundan əlavə olaraq yeni Galaxy S seriyası həmçinin qradient rənglərdə də satışa çıxa bilər. Əyilə bilən Galaxy F smartfonuna gəldikdə isə bu cihaz SM-F900U, SM-F900F və SM-F900N model nömrələri əldə edib.

Məlumata əsasən əyilə bilən Galaxy F modelinin versiyaları öz aralarında müxtəlif ekran ölçüsü və ya texniki göstəricilər ilə fərqlənməyəcəklər. Sözügedən model nömrələri sadəcə olaraq müəyyən ölkələrin bazarları üçün nəzərdə tutulub. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy F 512 GB daxili yaddaş ilə təchiz olunacaq və boz, qara rənglərdə satışa çıxacaq. Gözləntilərə əsasən yeni Galaxy S seriyası və Galaxy F smartfonu gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində təqdim olunacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi